Gündəlik ənənəvi 10 min addımdan daha effektiv üsul: Ən faydalı gəzinti növü hansıdır?
Sağlamlıq
65
08:20, Bu gün

Gündəlik ənənəvi 10 min addımdan daha effektiv üsul: Ən faydalı gəzinti növü hansıdır?

Dayaq kimi iki çubuqdan istifadə edilən Skandinaviya gəzintisi sağlamlıq üçün xüsusilə faydalıdır. Bu məşq bədənin əzələlərinin 90%-ə qədərini əhatə edir, enerji sərfiyyatını 20% artırır və ürək-damar sisteminə müsbət təsir göstərir.
 
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə britaniyalı terapevt Cüzeppe Araqona danışıb.
 
"Adi gəzinti zamanı bədən əzələlərinin təxminən 50%-i iştirak edir. Skandinaviya gəzintisi zamanı isə əlavə olaraq çiyin qurşağı, qollar, kürək və qarın əzələləri də cəlb olunur. Belə məşq fiziki formanı və sağlamlıq vəziyyətini gündəlik ənənəvi 10 000 addımdan daha effektiv şəkildə yaxşılaşdırır", - deyə Araqona qeyd edib.
 
Mütəxəssis əlavə edib ki, Skandinaviya gəzintisi oynaqları gücləndirməyə kömək edir, duruşu, yerişi və hərəkətlərin koordinasiyasını yaxşılaşdırır. Fiziki aktivliyin bu növü həmçinin zədələrdən sonra bərpa prosesində və ya əlavə hazırlıq və avadanlıq olmadan açıq havada məşq etməyi üstün tutanlar üçün də uyğundur. Eyni zamanda mütəmadi gəzinti zamanı ürək ekonomik (qənaətcil) rejimdə işləməyi "öyrənir", nəbz tezliyi azalır, miokarda (ürək əzələsi) dözümlülük isə artır.
 
"Əksər böyüklər üçün həftədə təxminən 150 dəqiqə orta intensivlikli məşqlər tövsiyə olunur. Skandinaviya gəzintisi bu məqsədə çatmaq üçün əla üsuldur", - deyə Cüzeppe Araqona vurğulayıb.
 
Link kopyalandı!
Son xəbərlər