Kilosu 5 manata satılan bu meyvə min bir dərdin dərmanı imiş...
Sağlamlıq
552
19:25, Bu gün

Kilosu 5 manata satılan bu meyvə min bir dərdin dərmanı imiş...

Qreypfrutun sağlamlığa təsiri qədər mağazalardakı qiyməti də gündəmdədir. Hazırda marketlərdə kilosu 4.50–5 manat arasında dəyişən bu meyvə digər sitrus növləri ilə müqayisədə daha bahalı olduğu üçün daha az əlçatan sayılır.

Buna baxmayaraq, qida dəyəri və güclü vitamin tərkibi marağı yenidən bu meyvəyə yönəldir. Soyuq mövsümdə immuniteti gücləndirmək, orqanizmə təbii enerji vermək istəyənlər üçün qreypfrut hələ də dəyərini qoruyan, amma seçimi bir qədər düşündürən meyvələrdən biri kimi qalır.

Moderator.az “Yeni Sabah”a istinadla bu meyvənin fayda və zərərlərini təqdim edir.

Mütəxəssislər bildirirlər ki, C vitamini ilə zəngin olan bu sitrus meyvəsi immun sistemini gücləndirmək, dərini qorumaq və orqanizmin enerji balansını yüksəltmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Antioksidant tərkibli qreypfrut bədənə zərərli sərbəst radikallarla mübarizədə də təsirli hesab olunur. Tərkibindəki lif həzm prosesini yaxşılaşdırmağa kömək edir və artıq çəki ilə mübarizədə faydalı ola bilir.

Bununla belə, meyvənin istifadəsi bəzi hallarda ehtiyat tələb edir.

Həkimlər xəbərdarlıq edirlər ki, qreypfrutun müəyyən dərmanlarla qarşılıqlı təsiri onların təsir gücünü artıra və ya azalda bilər. Xüsusilə ürək-damar, xolesterin və bəzi psixoloji dərmanları qəbul edən şəxslərin həkim məsləhəti olmadan qreypfrut yeməməsi tövsiyə edilir. Həddindən artıq qəbul olunması isə həzm narahatlıqlarına və mədə turşuluğunun artmasına səbəb ola bilər.

Həkimlər qeyd edirlər ki, qreypfrutun gündəlik rasionda yer alması sağlamlıq üçün müsbət təsir göstərə bilər, lakin hər bir məhsul kimi onu da ölçülü şəkildə və fərdi sağlamlıq vəziyyəti nəzərə alınaraq istehlak etmək lazımdır. Sağlam və düzgün istifadə edildikdə qreypfrut həm immunitetə, həm də ümumi həyat keyfiyyətinə müsbət təsir edən təbii bir qida olaraq qalır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər