İnfarkt riskini yarıbayarı azaldan ŞOK VASİTƏ - Bu yazını mütləq oxuyun!
Sağlamlıq
196
10:08, Bu gün

İnfarkt riskini yarıbayarı azaldan ŞOK VASİTƏ - Bu yazını mütləq oxuyun!

ABŞ-də aparılan araşdırmaya əsasən, ürək tutması keçirmiş xəstələrdə fərdiləşdirilmiş D vitamini müalicəsi ikinci infarkt riskini 50 faiz azaldır.
 
Moderator.az xəbər verir ki, tədqiqat 630 xəstənin iştirakı ilə aparılan klinik sınaqlar əsasında həyata keçirilib.
 
Araşdırma çərçivəsində 2017-ci ilin aprelindən 2025-ci ilin mart ayına qədər infarct keçirmiş 630 pasiyent izlənilib. İştirakçılar iki qrupa bölünüb: bir qrupa D vitamini verilməyib, digər qrupa isə fərdiləşdirilmiş D vitamini əlavəsi tətbiq olunub.
 
Xəstələrin qan göstəriciləri mütəmadi olaraq izlənilib və D vitamini dozası hər bir xəstənin ehtiyacına uyğun tənzimlənib. Kliniki nəticələr göstərib ki, D vitamini qəbul edən şəxslərdə ikinci dəfə ürək tutması riski 50 faiz azalıb.
 
Tədqiqat zamanı infarkt, insult və ürək çatışmazlığı kimi hallar da izlənilib. 107 iştirakçının bu kimi xəstəliklərə tutulduğu müəyyən edilib. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər