Gecə saatlarla telefona baxanlara pis xəbər
Sağlamlıq
314
09:54, Bu gün

Gecə saatlarla telefona baxanlara pis xəbər

Tam qaranlıqda yatmaq təkcə yuxunun keyfiyyətini artırmır, həm də ürək-damar sağlamlığı üçün mühüm rol oynayır.
 
Alimlər araşdırmalar nəticəsində bu qənaətə gəliblər.
 
Araşdırmaya görə gecə işığına məruz qalaraq yatan insanlarda ürək xəstəlikləri və insult riski daha yüksək olur. Tədqiqat JAMA Network Open jurnalında dərc olunub.
 
Araşdırmada 89 min nəfərin yuxu zamanı işığa məruz qalması öyrənilib. Məlum olub ki, gecə işığı bədənin "bioloji saatını" pozur. Normalda bədən qaranlıqda yatmağa, işıqda isə oyaq qalmağa proqramlanıb. Bu tarazlıq pozulduqda isə ürək və qan dövranı sistemi zərər görür.
 
Nəticələr göstərib ki, işıq altında yatan insanlarda ürək çatışmazlığı riski 56 faiz artır, ürək damar tıxanması riski 32 faiz yüksəlir, beyin qan dövranı pozulması riski 28 faiz artır.
 
Mütəxəssislər deyirlər ki, söhbət yalnız tavan işığından getmir. Televizor, telefon və planşet kimi cihazların işığı da eyni təsiri göstərə bilər. Yuxudan bir neçə saat əvvəl bu cihazlardan uzaq durmaq, otaqdakı işıqları söndürmək və pərdə və ya göz maskasından istifadə etmək tövsiyə olunur.
 
Alimlər vurğulayırlar ki, işığın birbaşa ürək xəstəliyinə səbəb olduğu tam sübut olunmasa da, çox işıq altında yatmağın orqanizm üçün zərərli olduğunu göstərir. Onların fikrincə, bədən gecə işığını stress kimi qəbul edir ki, bu da ürək döyüntüsünü artırır, qan təzyiqini yüksəldir və iltihabı gücləndirir.
 
Yekunda araşdırma göstərir ki, sağlam ürək və keyfiyyətli yuxu üçün ən yaxşı üsul tam qaranlıqda yatmaqdır. /Milli.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər