Hansı qidalar dişləri daha çox ləkələyir? - Stomatoloq AÇIQLADI
Sağlamlıq
1034
02 Nov 2025 | 23:12

Hansı qidalar dişləri daha çox ləkələyir? - Stomatoloq AÇIQLADI

Pomidor, çay, qəhvə, şərab, giləmeyvə və meyvə şirələrindəki rəng verən maddələr diş minasının rənginə güclü təsir göstərir.

Bu barədə britaniyalı stomatoloq Hanna Kinsella məlumat verib.

O bildirib ki, bu məhsullarda turşuların miqdarı yüksəkdir:

"Turşular diş minasını zəiflədir və onun səthində xırda çatlar və boşluqlar yaradır.

Qırmızı şərab və pomidorlarda olan antosian və tanin kimi piqmentlər bu boşluqlara daha tez yapışır və dişlərin rəngini dəyişir".

Stomatoloq qeyd edib ki, moruq, qaragilə, çay və qəhvə də güclü rəng verən maddələrə malikdir. O, xüsusilə quşüzümü, portağal və nar şirəsinin istifadəsini azaltmağı tövsiyə edib. Çünki bu şirələr çoxlu şəkər ehtiva edir, bu da bakteriyaların artmasına və diş minasını dağıdan turşuların yaranmasına səbəb olur.

"Çay və qəhvə taninlərlə zəngindir. Bu maddələr bitkilərə sarı və ya qəhvəyi rəng verir. Taninlər diş minasına nüfuz etdikdə, dişlər yaşıl və ya boz rəng ala bilər. Çay və qəhvədən tamamilə imtina etmək çətin olsa da, içkilərə süd əlavə etmək ləkələrin yaranma riskini azalda bilər", - Kinsella əlavə edib.

Link kopyalandı!
Son xəbərlər