Bizi sosial şəbəkələrdən izləyin:
İnsan yuxuda olarkən onun xarici mühitlə qarşılıqlı təsiri zəifləyir, şüurlu psixi aktivlik qismən dayanır. Həyatın təxminən üçdə biri yuxuda keçir, lakin bu zaman itki hesab olunmur. Keyfiyyətli yuxu bədənin bütün sistemlərinin bərpasına kömək edir.
Moderator.az xəbər verir ki, çoxsaylı elmi tədqiqlər yuxunun xroniki çatışmazlığı ürək-damar xəstəlikləri, şəkərli diabet, depressiya və artıq çəki riskini əhəmiyyətli dərəcədə artırdığını sübut edib.
ABŞ-ın Con Hopkins İnstitutunun alimləri yuxunun qida qədər vacib olduğunu göstəriblər. Kritik yorğunluq zamanı orqanizm özünü avtomatik “söndürə” bilər.
Yuxunun öyrənilməsi qədim dövrlərdən başlayır. Daha sonralar fizioloq İvan Seçenov yuxugörməni beynin reflektor reaksiyası kimi izah edib, İvan Pavlov isə bunu beyin strukturlarının qoruyucu əyləclənməsi kimi şərh edib. Alim Mariya Manaseinanın təcrübələri isə göstərib ki, sağ qalmaq üçün yuxu qidadan daha vacibdir.
Mütəxəssislər vurğulayırlar ki, yuxu passiv istirahət deyil, bu, beynin orqanizmin bərpası üzərində intensiv işlədiyi aktiv vəziyyətdir. Bu mərhələdə bədən daxilində xüsusi diaqnostika aparılır və sistemlərin işi “tənzimlənir”.
Alimlər yuxunun əsas funksiyalarından biri kimi beynin metabolik tullantılardan təmizlənməsini göstərirlər. Bu proses glinfatik sistem üzrə gedir və neyrodegenerativ xəstəliklərin riskini azaldır. Bundan əlavə, gün ərzində sinir hüceyrələrində toplanan genetik zədələrin bərpası yuxu zamanı baş verir.
Üçüncü vacib funksiyalardan biri immun sisteminin aktivləşməsidir. Bu səbəbdən xəstəlik dövründə yuxunun əhəmiyyəti xüsusilə böyükdür. Yuxu həmçinin melatonin, böyümə hormonu və kortizol kimi vacib hormonların istehsalına şərait yaradır. Eyni zamanda yaddaşın möhkəmlənməsi prosesi gedir, məlumatlar qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa ötürülür. /Lent.az/