Bizi sosial şəbəkələrdən izləyin:
"Qadın onkoloji xəstəlikləri arasında süd vəzi xərçəngi birinci yeri tutur".
Moderator.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov "Xərçəngdən güclüsən” adlı tədbirdə deyib.
O bildirib ki, hər il minlərlə qadın bu xəstəlikdən əziyyət çəkir.
"Qadınlar vaxtında həkimə müraciət edəndə müalicədən sonra 5 illik yaşama şansı 90%-dir. 40-69 yaş arası qadınlar hər iki ildən bir müayinədən keçməlidir. Bu müayinələr TƏBİB tərəfindən 2 monoqrafiya vasitəsilə aparılır. Vaxtında aşkar edilən xəstəliyin müalicə nəticəsi də yaxşı olur", - o əlavə edib.