Zülalın düzgün qəbul qaydaları: Həkimdən tövsiyələr
Sağlamlıq
271
08:55, Bu gün

Zülalın düzgün qəbul qaydaları: Həkimdən tövsiyələr

"Qida rasionunda zülalın çatışmazlığı onun həddindən çox olması qədər təhlükəli ola bilər. Bu, təkcə əzələ və bağlara deyil, həm də ürək, qaraciyər, böyrək və hətta dərinin işinə təsir göstərir".
 
Bunu diyetoloq, endokrinoloq Darya Dibrova "İzvestiya" qəzetinə deyib.
 
"Zülal istehlakının norması insanın fiziki fəaliyyətindən, həmçinin onun sağlamlıq vəziyyətindən asılıdır. Orta norma aşağı fiziki fəaliyyəti, oturaq həyat tərzi olan şəxslər üçün minimum 1-1.2 q/kq bədən çəkisi zülaldır. Müntəzəm məşq edən insanlar üçün bu göstərici 1.6-1.8 q/kq-a qədər artır, çox sayda məşq fəaliyyəti olan insanlar, peşəkar idmançılar üçün isə 1.8-2.2 q/kq-a qədər artım tövsiyə olunur", - deyə Dibrova izah edib.
 
O qeyd edib ki, xəstəliklərdən sonra bərpa dövründə, həmçinin hamiləlik zamanı rasionda zülal miqdarının 1.6-2 q/kq bədən çəkisinə qədər artırılması tövsiyə olunur.
 
Həkimin sözlərinə görə, zülalın xroniki həddindən artıq olduğu halda ilk reaksiya verən mədə-bağırsaq traktıdır: ağırlıq, şişkinlik, meteorizm yaranır. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər