Bizi sosial şəbəkələrdən izləyin:
İnterval aclığı (intermittent fasting) sağlamlığınıza zərər verə bilər bunu yeni tədqiqatlar sübut edib. Son araşdırmalar göstərir ki, aclıq müddətinin uzadılması maddələr mübadiləsinə müsbət təsir göstərə, hüceyrə bərpası proseslərini dəstəkləyə və hətta ömrü uzada bilər.
Lakin mütəxəssislər xəbərdarlıq edir: uzunmüddətli qida qəbulu fasilələri hər kəs üçün uyğun deyil və xroniki xəstəlikləri olan insanlar üçün təhlükə yarada bilər.
Araşdırmanın nəticələri
İnterval aclığı adətən qida qəbulunun gün ərzində cəmi 8 saatlıq “pəncərə”yə salınmasını nəzərdə tutur, yəni bədən təxminən 16 saat qidasız qalır. Digər yanaşmalar, məsələn 5:2 pəhrizi, həftənin müəyyən günlərində kalori qəbulunun azaldılması ilə həyata keçirilir.
19 000-dən çox yetkin insanın iştirak etdiyi genişmiqyaslı araşdırmada alimlər narahatedici nəticə aşkarlayıblar:
Gündə 8 saatdan az qidalananların ürək-damar xəstəliklərindən ölüm riski, yeməklərini 12–14 saatlıq intervala yayan insanlara nisbətən iki dəfədən çox yüksək olub. Bu o deməkdir ki, sağlamlıq vəziyyəti, həyat tərzi və fərdi tibbi göstəricilər nəzərə alındıqda belə insanlar infarkt, insult və digər ürək problemləri riski ilə daha çox üzləşirlər.
Mütəxəssis rəyi
Aparıcı endokrinoloq Anup Misra bildirir ki, interval aclığının həm də müsbət tərəfləri var:
çəki azaldır,
insulinə həssaslığı artırır,
arterial təzyiqi normallaşdırır,
lipid profilini yaxşılaşdırır,
iltihabəleyhinə təsir göstərir.
Amma bütün bunlar yalnız düzgün və fərdi yanaşma ilə tətbiq edildikdə müsbət nəticə verir. /Lent.az/