Bizi sosial şəbəkələrdən izləyin:
Bəzi mövsümi giləmeyvələr ürək-damar sisteminin sağlamlığı üçün xüsusilə faydalıdır. Terapevt və diyetoloq Qalina Volkova "RİA Novosti"yə açıqlamasında qan damarlarını möhkəmləndirən əsas giləmeyvələri sadalayıb.
Mütəxəssisin sözlərinə görə, böyürtkən və moruq yüksək miqdarda C vitamini və antioksidantlarla zəngindir. Bu maddələr damar divarlarını möhkəmləndirir, qan dövranını yaxşılaşdırır və iltihabi proseslərin qarşısını alır.
Volkova əlavə edib ki, yaban mersini görmə üçün faydalı olmaqla yanaşı, tünd üzüm kimi ürək və damar sağlamlığını dəstəkləyir.
Faydalı giləmeyvələr sırasında həmçinin bektaşi üzümü, qarağat, eləcə də kalium və maqneziumla zəngin qarpız da yer alır — bunlar qan təzyiqini tənzimləməyə və orqanizmdə su balansını qorumağa kömək edir. /E-saglam.az/