Qarın üstündə yatmağın təhlükəsi: Braziliyalı həkimdən XƏBƏRDARLIQ
Sağlamlıq
352
08:52, Bu gün

Qarın üstündə yatmağın təhlükəsi: Braziliyalı həkimdən XƏBƏRDARLIQ

Qarın üstündə yatmaq vərdişi orqanizm üçün çox təhlükəlidir.
 
Oxu.az "Terra" nəşrinə istinadən xəbər verir ki, bu barədə braziliyalı ortoped-cərrah Daniel Oliveyra danışıb.
 
Qeyd olunur ki, bu, boyun və bel ağrılarına səbəb ola bilər.
 
Həkimin sözlərinə görə, insan qarın üstündə yatdıqda, boynu dönmüş vəziyyətdə olur, bu da onurğanın boyun hissəsinə həddindən artıq yük yaradır. Bu, ağrıya, hərəkət məhdudluğuna və sinirlərin sıxılmasına gətirib çıxara bilər.
 
"Həmçinin bel nahiyəsinə yük artır, oyanandan sonra əllərdə keyimə və səhərlər ümumi narahatlıq hissinin yaranma riski yüksəlir", - deyə həkim vurğulayıb.
 
Bundan əlavə, qarın üstündə yatarkən nəfəs almaq çətinləşir və daxili orqanlara təzyiq artır. Qarın üstündə yatmaq, xüsusilə, fəqərəarası yırtıqları, artrozu, tənəffüs və qan dövranı problemləri olan insanlar üçün təhlükəlidir. Hamilə qadınlara və əməliyyatdan sonra sağalma müddətində olan insanlara da kürək və yan üstündə yatmaq tövsiyə olunur.
 
"Yuxu zamanı bədən vəziyyəti birbaşa onurğa sağlamlığına təsir göstərir. Hətta vərdişlərdə kiçik dəyişikliklər ağrı və zədələnmələrin qarşısını almaqda böyük rol oynaya bilər", - deyə Oliveyra qeyd edib.
Link kopyalandı!
Son xəbərlər