Fiziki aktivlik ağrıları aradan qaldırmağa necə kömək edir? - Nevroloqdan məsləhətlər
Sağlamlıq
246
08:08, Bu gün

Fiziki aktivlik ağrıları aradan qaldırmağa necə kömək edir? - Nevroloqdan məsləhətlər

"Sadə hərəkətlər ağrı ilə mübarizədə ən yaxşı dostunuz ola bilər".
 
Bu barədə rusiyalı nevroloq Aleksey Danilov KP.ru-ya müsahibəsində danışıb.
 
"İnsan hərəkət etdiyi zaman əzələlərdə müxtəlif bioloji aktiv maddələr, o cümlədən hormonlar ifraz olunur. O cümlədən də miokinlər - zülallar ifraz olunur ki, onlar beyinə təsir etdikdə həzz, sevinc və xoşbəxtlik hissləri oyanır. Bundan əlavə, miokinlər iltihabı azaltmağa kömək edir, bədəndəki iltihabi proseslərin ümumi səviyyəsini aşağı salır. Bütün bunlar kompleks şəkildə ağrı hisslərini azaltmağa yardımçı olur", - deyə Aleksey Danilov qeyd edib.
 
Onun sözlərinə görə, əhəmiyyətli effektə nail olmaq üçün sistematik fiziki aktivlik lazımdır. Bu, yaşdan və yanaşı xəstəliklərdən asılı olaraq uyğunlaşdırılmalıdır.
 
Danilov vurğulayıb ki, beldə və boyunda ağrılar üçün xüsusi məşqlər mövcuddur. Əvvəlcə yüngül məşqlərlə başlamaq və onların intensivliyini tədricən artırmaq lazımdır. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər