Bizi sosial şəbəkələrdən izləyin:
Qoxubilmə hissinin zəifləməsi yaşlı insanlarda ölüm riskinin güclü göstəricisidir. "Qoxubilmə pozğunluğu 5 il ərzində yaşlı insanlarda ölümdən xəbər verir" adlı tədqiqatda 57–85 yaş arası iştirakçılardan beş tanış qoxunu – gül, nanə, dəri, portağal və balıq müəyyən etmələri xahiş olunub.
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, tədqiqatda iştirak edən iştirakçıların 12 faizi beş il ərzində vəfat edib.
Ölənlərin 39 faizi ilkin testdən keçməyib, 19 faizində qoxubilmə qabiliyyəti ciddi şəkildə zəif olub. Yalnız 10 faizi isə kəskin qoxu hissinə sahib olub.
Mütəxəssislər bildirirlər ki, qoxu itkisi ölümün səbəbi deyil, sadəcə bədəndə baş verən ciddi dəyişikliklərin xəbərçisidir. Bu dəyişikliklər insanın ümumi sağlamlıq vəziyyətinin pisləşdiyinə işarə edə bilər və erkən tibbi müdaxilə tələb edə bilər.
Alimlər vurğulayırlar ki, belə dəyişikliklərə laqeyd yanaşmaq olmaz və müntəzəm müayinə vacibdir.