İşdə sağlamlığı qorumağın sadə yolları – Mütəxəssis məsləhəti
Sağlamlıq
449
08:13, Bu gün

İşdə sağlamlığı qorumağın sadə yolları – Mütəxəssis məsləhəti

Bir çox ofis işçiləri günün böyük hissəsini oturaq vəziyyətdə keçirir ki, bu da idman zalına müntəzəm getsələr belə, onların sağlamlığına mənfi təsir göstərir.
 
Bu barədə rusiyalı kardioloq, "Sağlam olmaq vərdişi. Hipertoniyanın, infarktın və insultun qarşısını necə almaq olar" kitabının müəllifi Natalya Qavrilyuk kp.ru-ya danışıb.
 
O, iş günü ərzində sadə hərəkətlərin ürək və damarların sağlamlığını qoruya biləcəyini diqqətə çatdırıb: "Məşqdən kənar aktivlik - bu xüsusi məşqlərdən başqa hər hansı fiziki aktivliyin məcmusudur. Məsələn, ev daxilində hərəkət, pozanın dəyişdirilməsi, qısa məsafələrə yürüş. İşdə hər 30-60 dəqiqədən bir ayağa qalxmaq lazımdır".
 
Mütəxəssis vurğulayıb ki, hətta bir dəqiqəlik hərəkətlər, istər ayaqların yellənməsi, istərsə də ofis daxilində gəzinti fayda verir. Bu cür vərdişlər orqanizmi aktivləşdirməyə və oturaq işin ziyanını kompensasiya etməyə kömək edir.
 
"Ayaq üstə işləmək olar (ofislər üçün hətta xüsusi ayaq üstə iş masaları mövcuddur). Əgər gündə 30 dəqiqə ərzində ayaq üstə işləsəniz, bu da fiziki vəziyyətinizi yaxşılaşdıracaq", - həkim qeyd edib.
 
Qavrilyuk bu cür sadə hərəkətləri müntəzəm gəzintilərlə və məşqlərlə birləşdirməyi məsləhət görüb. Məsələn, parkda gəzinmək və ya yüngül gimnastika etmək faydalıdır. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər