Bizi sosial şəbəkələrdən izləyin:
MTV kanalında psixoloq Ülviyyə Murtuzovanın təqdimatında “ Sənin Seçimin” verilişinin növbəti buraxılışı yayımlanıb.
Verilişin budəfəki mövzusu plastik-cərrahiyənin ən ciddi fəsadlar yaradan xəstəliklərindən olan “Ginekomastiya-süd vəzilərinin böyüməsi” olub.
Proqramın qonağı olan ginekomastiya üzrə ixtisaslaşmış həkim-cərrah Vəli Əliyev xəstəliyin səbəbləri, fəsadları, müayinə-müalicə üsullarından geniş söz açıb.
Onun sözlərinə görə, ginekomastiya xüsusilə, kişilərdə süd vəzilərinin dayanmadan böyüməsidir. Bu böyümə normadan kənar olduqda, insan qamətinə və daxili orqanlara fəsadlar törədə bilir. Yeniyetməlik dövründən bu xəstəliyin üzərinə düşdükdə, gələcək yaşlar üçün təhlükələrin qarşısı alına bilər. /Ajans.az/