Bizi sosial şəbəkələrdən izləyin:
İnsanın ürəyi həyatı boyu neçə dəfə döyünür?
Rusiyalı kardioloq Ella Vinoqradova ürək-damar sisteminin işi ilə bağlı Lenta.ru-ya maraqlı açıqlamalar verib.
O, insanın həyatı boyunca ürək döyüntülərinin sayını açıqlayıb.
"Orta statistik insanın ürəyi həyatı boyunca orta hesabla 3.5 milyard dəfə döyünür. Eyni zamanda ürək hər gün təxminən 7 min litr qan pompalayır və qanı təxminən 100 000 kilometr qan damarlarından keçirir", - deyə həkim bildirib.
Ella Vinoqradova həmçinin qeyd edib ki, insanın ürəyi həyat boyu 200 milyon litrdən çox qan pompalayır ki, bu da 80-ə yaxın üzgüçülük hovuzunun həcminə bərabərdir.
Onun sözlərinə görə, ürək, həmçinin özünün "kiçik beyni"nə malikdir ki, bu, təxminən 40 000 neyrondan ibarət müstəqil sinir sistemidir.
Kardioloq ürək-damar sisteminin sağlamlığını qorumaq üçün rasional qidalanmağı, həftədə ən azı 150 dəqiqə orta fiziki fəaliyyətə ayırmağı və siqaretdən imtina etməyi tövsiyə edib. Bundan əlavə, 18 yaşdan yuxarı insanlar üçün ildə ən azı bir dəfə qan təzyiqinin ölçülməsi vacibdir. /Oxu.az/