Səsdə xırıltı, boğaz tutulması - Yeni COVID ştammının əlamətləri
Sağlamlıq
485
15:45, Bu gün

Səsdə xırıltı, boğaz tutulması - Yeni COVID ştammının əlamətləri

2025-ci ilin sentyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni XFG koronavirus ştammını, "Stratus" adlanan variantı müşahidə altındakı variantların siyahısına daxil edib.

Yoluxma halları xüsusən ABŞ və Avropanın bir sıra ölkələrində artır. 

Böyük Britaniyada bu ştamm artıq dominant olub və bütün yoluxma hallarının təxminən 63 faizini təşkil edir. Xəstəliyin ilk əlamətlərindən biri səsin xırıltılı və ya boğuq olmasıdır. Əvvəllər bu əlamət COVID-19 üçün xarakterik deyildi, bu isə onu erkən diaqnostika üçün xüsusilə vacib edir.

Bundan əlavə, yeni ştammın digər geniş yayılmış əlamətlərinə boğaz ağrısı, öskürək, yüngül təngnəfəslik, burun axması, baş ağrısı, əzələ və oynaq ağrıları, yorğunluq, ürəkbulanma, yüngül hərarət və bəzən dad və ya qoxu hissinin itməsi daxildir.

Risklər və təhlükələr

"Stratus" əvvəlki ştammlarla müqayisədə daha ağır xəstəlik formalarına səbəb olmasa da, yüksək yoluxuculuğu və immun cavabı qismən dolanmaq qabiliyyəti onu xüsusilə təhlükəli edir. Əvvəllər yoluxmayan və ya vaksin olunmayan şəxslər daha yüksək risk altındadır. Böyük Britaniyada xəstəxanaya yerləşdirilmə hallarının artdığı müşahidə olunur, xüsusən yaşlılar və immun sistemi zəif olan şəxslər arasında.

Peyvəndləmə və profilaktika

Peyvəndləmə ağır xəstəlik və hospitalizasiya hallarının qarşısını almaq üçün ən effektiv üsul olaraq qalır. Avrops İttifaqı ölkələri payız mövsümünə COVID-19, qrip və respirator-sinsitial virus (RSV) əleyhinə peyvəndləmə kampaniyasına hazırlaşırlar.

"Stratus"un əlamətləri çox hallarda soyuqdəymə və ya qripi xatırladır, bu da test olmadan diaqnozu çətinləşdirir. Lakin digər tənəffüs əlamətləri fonunda səsin xırıltılı olması məhz bu ştammın göstəricisi ola bilər.

Mütəxəssislər nəfəs darlığı, sinədə ağrı və ya təzyiq, başgicəllənmə, şüurun qarışması, güclü susuzluq, orqanizmin susuzlaşması və yüksək hərarət hallarında həkimə müraciət etməyi məsləhət görürlər.

Profilaktika üçün əllərin gigiyenasına riayət etmək,ictimai yerlərdə maskalardan istifadə etmək, xəstə şəxslərlə təmasdan qaçmaq tövsiyə olunur. Əlamətlər yarandıqda evdə qalmaq və tövsiyə edilən qruplara daxil olan şəxslərin peyvənd olunması.

"Stratus" ştammı göstərir ki, COVID-19 pandemiyası hələ bitməyib və səhiyyə sistemi yeni çağırışlarla üzləşməkdə davam edir. Xəstəlik formaları daha ağır olmasa da, onun yayılması hospitalizasiya hallarının artmasına səbəb ola bilər. Peyvəndləmə və profilaktik tədbirlərə əməl etmək yoluxma risklərini azaltmaq və epidemioloji vəziyyətə nəzarət etmək üçün əsas vasitələrdir.

 

(Lent.az)

Link kopyalandı!
Son xəbərlər