Bizi sosial şəbəkələrdən izləyin:
18-25 yaş arası Z nəslinin təxminən 43 faizi solariumlardan istifadə edir və onların əksəriyyəti bu vərdişin ciddi sağlamlıq risklərindən xəbərsizdir.
Dərc olunan araşdırmaya görə, solyariumlar günəş şüalarını təqlid edən intensiv ultrabənövşəyi (UV) şüalar yayaraq dərini qaraldır, eyni zamanda DNT-nin zədələnməsinə və xərçəng riskinin artmasına səbəb olur.
Mançesterdəki “Kristie NHS” Xərçəng Xəstəxanasından tədqiqat qrupu bildirib ki, sosial mediada solariumların sağlam həyat tərzinin bir hissəsi kimi təbliği xüsusilə gənclər arasında bronzlaşmanı populyarlaşdırır. Araşdırmaya görə, 35 yaşından əvvəl solariuma gedənlərdə melanoma riski 59 faiz artır.
Qeyd edək ki, Böyük Britaniyada 18 yaşdan kiçiklərə solariuma getmək qadağandır. Lakin alimlər qaydaların pozulduğunu və gənclərin bu məhdudiyyəti asanlıqla aşdığını vurğulayır. Xüsusilə İngiltərənin şimalında, solyariya salonlarının sıx yerləşdiyi bölgələrdə melanoma hallarının daha çox olduğu qeyd edilir.
Melanoma dəri xərçənginin ən təhlükəli forması sayılır və hər il təxminən 18 min insana təsir edir, 2.300 nəfərin həyatına son qoyur. Daha çox yayılmış qeyri-melanoma dəri xərçəngi isə ildə 150 mindən çox insanda aşkarlanır. /Sfera.az/