Bizi sosial şəbəkələrdən izləyin:
Noxud xərçəngin profilaktikası üçün ən təsirli məhsullardan biridir.
Bu barədə terapevt Amir Xan "Daily Mirror" nəşrinə müsahibəsində danışıb.
Xan qeyd edib ki, noxud digər karbohidratlarla zəngin məhsullardan fərqli olaraq, qan şəkərinin kəskin artımına səbəb olmur. Həmçinin onun sözlərinə görə, bu paxlalılarda ürəyin sağlamlığı və arterial təzyiqin normallaşmasına kömək edən çoxlu maqnezium və kalium var.
Terapevt əlavə edib ki, noxudun tərkibində həll olan liflərin mövcudluğu qıcıqlanmış bağırsaq sindromu ilə bağlı simptomların şiddətini azaldır. Bundan əlavə, bu məhsul bağırsaq xərçənginin profilaktikası üçün əlçatan vasitədir. O izah edib ki, noxud yeyilərkən orqanizmdə butirat adlanan maddə ifraz olunur.
"Bu, yoğun bağırsaqda iltihabı və bədxassəli törəmələrin yaranma riskini azalda bilən yağ turşusudur", - deyə Xan vurğulayıb. /Oxu.az/