Erkən qocalma ilə bağlı gözlənilməz səbəb aşkarlandı
Sağlamlıq
281
08:59, Bu gün

Erkən qocalma ilə bağlı gözlənilməz səbəb aşkarlandı

Yeniyetmə yaşlarında ataları siqaret çəkməyə başlayan insanların gözlənildiyindən daha tez qocaldıqları məlum olub.
 
Bu nəticəyə Norveçin Bergen Universitetinin alimləri gəliblər.
 
Təxminən 900 nəfərin iştirak etdiyi təhlil göstərib ki, ataları 15 və ya daha gənc yaşda siqaret çəkməyə başlayan insanların bioloji yaşları faktiki yaşlarından orta hesabla 9-15 ay daha irəlidədir. Bu nəticə xərçəng, artrit və demensiya da daxil olmaqla yaşla bağlı xəstəliklərin riski ilə əlaqələndirilən, DNT-dəki dəyişiklikləri ölçən "epigenetik saat" metodu ilə müəyyən edilib.
 
Alimlərin fikrincə, yetkinlik dövründə siqaret çəkmək inkişaf edən spermatozoidlərə zərər verir və bu dəyişikliklər gələcək nəsillərə ötürülür. Maraqlıdır ki, ananın hamiləlikdən əvvəl siqaret çəkməsi zamanı belə təsir müşahidə olunmayıb.
 
Tədqiqatçılar vurğulayırlar ki, yeniyetmələrin siqaret və ya veyp istifadəsi yalnız onların öz sağlamlıqlarına deyil, həm də gələcək övladlarının sağlamlığına mənfi təsir göstərə bilər. /Oxu.az/
Link kopyalandı!
Son xəbərlər