Qrip və COVID-19 epidemiyası yayıldı - Ölənlər var
Sağlamlıq
302
17:40, Bu gün

Qrip və COVID-19 epidemiyası yayıldı - Ölənlər var

İspaniyanın Sevilya şəhərinin La Alqaba rayonunda yerləşən qocalar evində qrip və COVID-19 epidemiyası baş qaldırıb.

Moderator.az-ın Eldiario.es nəşrinə istinadən xəbərinə görə, Əndəlüs Səhiyyə və İstehlakçıların İşləri Nazirliyindən bu barədə məlumatı təsdiqləyib.

Məlumata görə, kəskin respirator infeksiyası epidemiyasına 22 yoluxma halı qeydə alınıb. Altı nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisi artıq evə buraxılıb, birinin müalicəsi davam edir. Üç nəfər və xəstəxanaya yerləşdirilməyən daha bir nəfər isə həyatını itirib.

Regional hökumət, 2023-cü ilin iyul ayından etibarən qüvvədə olan həssas əhali üçün qocalar evlərində kəskin respirator infeksiyalarla mübarizə protokolu, eləcə də təcrid tədbirləri, gücləndirilmiş epidemioloji nəzarət və səhiyyə xidmətləri ilə koordinasiya işləri aktivləşdirilib.

Xəstələrin sayının artması fonunda Əndəlüsdə qripə qarşı peyvənd kampaniyası başlayıb. Bu il qrip və COVID-19 peyvəndləri daha həssas qruplar üçün eyni vaxtda aparılır, növbəti həftələrdə isə tədricən digər risk qruplarına da tətbiq olunacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər