Bizi sosial şəbəkələrdən izləyin:
İmmun hüceyrələrinin 80%-ə qədəri mikrobiotanın təsiri altında bağırsaqda əmələ gəlir. Buna görə sağlam bir həzm sistemi bədənin virus və bakteriyalara qarşı ümumi müdafiəsi üçün çox vacibdir.
Bunu rusiyalı qastroenteroloq Yekaterina Kaşux izah edib.
Onun sözlərinə görə, soyuqdəymə və qrip zamanı bağırsaq sağlamlığını qorumaq xüsusilə böyük əhəmiyyət kəsb edir. Odur ki, trans yağlar, süni əlavələr və konservantlardan ibarət qidaları məhdudlaşdırmaq lazımdır.
Bu cür qidalar həzm sisteminə mane olur, selikli qişaları qıcıqlandırır, qida maddələrinin sorulmasını pozur ki, bu da xəstəlik zamanı xüsusilə təhlükəlidir. /Oxu.az/