Bizi sosial şəbəkələrdən izləyin:
Qulaqcıqla yüksək səslə musiqi dinləməklə yanaşı, gec yatmaq, yağlı yemək və müasir həyatın digər aspektləri gənclərdə ani karlığa səbəb olan faktorlar kimi müəyyən edilib.
Moderator.az xəbər verir ki, bu barədə "Sohu" portalı məlumat yayıb.
Qeyd olunub ki, ani karlıq üç günə qədər davam edən qəflətən eşitmə itkisi kimi müəyyən edilir.
Onun əlamətlərindən biri oyanan kimi qulaq tıxanması və eşitmə itkisidir. Ani karlığın səbəblərindən biri daxili qulaqda qan dövranının pozulmasıdır. Oradakı qan damarları kiçik olduğu üçün tıxanma və spazmlara qarşı həssasdır.
Yağlı qidalar, uzun müddət qulaqcıq taxmaq və gec yatmaq bu damarların sürətlə aşınmasına səbəb olur. Bundan əlavə, soyuqdəymə və ya qrip də eşitmə itkisinə səbəb ola bilər.