Qan şəkərinin stabil saxlanmasında hansı tərəvəzlər rol oynayır?
Sağlamlıq
203
08:04, Bu gün

Qan şəkərinin stabil saxlanmasında hansı tərəvəzlər rol oynayır?

Avstraliyanın Kouen Universitetinin alimləri brokoli, kələm və gül kələmi kimi xaççiçəklilər fəsiləsinə aid tərəvəzlərin qan şəkərinin idarəsində kökümeyvəli tərəvəzlər və balqabaqkimilərdən daha təsirli olduğunu müəyyən ediblər.
 
Tədqiqatda yüksək təzyiqi olan, lakin diabet diaqnozu qoyulmamış yetkinlər iştirak edib. Onlar 14 gün ərzində iki mərhələdə fərqli tərəvəz qrupları yeyiblər: əvvəlcə xaççiçəklilər, sonra isə kök və balqabaq növləri.
 
Qlükometrlərin köməyi ilə real vaxtda qan şəkərinin səviyyəsi izlənilib və nəticələr göstərib ki, xaççiçəklilər qan şəkərinin dalğalanmasını daha yaxşı nəzarətdə saxlayır. Tədqiqatçılar bildirirlər ki, bu tərəvəzlər yemək sonrası və gün ərzində şəkər səviyyəsinin sürətli artımlarını azaldır.
 
Qan şəkərinin qeyri-sabitliyi dünya üzrə 541 milyon insanda müşahidə olunur və stabillik sağlamlığın qorunması və xroniki xəstəliklərin riskinin azaldılması üçün vacibdir. /Milli.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər