Bizi sosial şəbəkələrdən izləyin:
Sərin hava, kondisioner, ağır işlər, uzun müddət kompüter qarşısında oturmaq, stress və yanlış istiqamətlənmə boyun ağrılarının əsas səbəblərindəndir.
Dərman qəbul etmədən də bu narahatlığı azaltmaq olar.
Boyun ağrısını yüngülləşdirməyə kömək edən ən təsirli təbii üsulları təqdim edirik:
İsti və soyuq kompres
Boyuna isti dəsmal və ya isti su torbası qoymaq əzələlərin boşalmasına, qan dövranının sürətlənməsinə səbəb olur. Soyuq kompres isə şişkinliyi azaldır. Ən yaxşı nəticə üçün isti və soyuq tətbiqi növbə ilə etmək tövsiyə olunur.
Zəncəfil çayı
Zəncəfil iltihab əleyhinə təsiri ilə əzələ və oynaqlardakı ağrını azaldır. Daimi istifadəsi boyun əzələlərini rahatlaşdırır və immuniteti gücləndirir.
Gərilmə hərəkətləri
Boyunu sağa-sola çevirmək, önə və arxaya əymək əzələləri dartaraq gərginliyi azaldır və onurğanı dəstəkləyir. Gündə cəmi 5–10 dəqiqə yavaş və idarəli şəkildə edilən bu hərəkətlər boyun sağlamlığını qoruyur.
Masaj
Lavanda, nanə və ya evkalipt yağı ilə edilən masaj qan dövranını sürətləndirir, əzələlərdəki gərginliyi azaldır. Yağları bir qədər qızdırıb tətbiq etmək təsirini artırır. Davamlı istifadə əzələlərin elastikliyini artıraraq ağrıların təkrarlanmasının qarşısını alır.