Həkim:
Sağlamlıq
183
08:28, Bu gün

Həkim: "Qida rejiminin pozulması ilə yuxusuzluq arasında bağlılıq var"

Yuxusuzluq qida rejiminin pozulmasına səbəb olur ki, bu da öz növbəsində hormonal dəyişikliklərə gətirib çıxarır.
 
Rusiyalı həkim-somnoloq Maksim Novikov "İzvestiya" nəşrinə müsahibəsində yuxusuzluqla gecələr qidalanmaq sindromu arasındakı əlaqədən danışıb.
 
"Gecələr qida qəbul etmək sindromu əsas şam yeməyindən sonra müntəzəm şəkildə qidalanmaqla xarakterizə olunur. Bu yanlış rejimin əsas nəticələri yuxunun pozulması, çəki artımı və gecə qəlyanaltılarından sonra yaranan özünü günahlandırma hissidir. Yuxusuzluq eyni zamanda toxluq hissindən məsul olan leptin hormonunun istehsalını azaldır, aclığı stimullaşdıran qrelinin istehsalını isə artırır. Nəticədə, gecələr həddindən artıq yeməyə fizioloji meyil yaranır. Əlavə olaraq, yavaş metabolizm, insulinə həssaslığın azalması və idrak funksiyalarının, o cümlədən özünü idarəetmə qabiliyyətinin zəifləməsi də müşahidə olunur", - deyə mütəxəssis qeyd edib.
 
Novikov vurğulayıb ki, yuxusuzluqla qidalanma pozuntuları arasındakı əlaqəni anlamaq effektiv müalicə strategiyalarının hazırlanmasına imkan verir. Bu səbəbdən, belə hallarda mütləq mütəxəssisə müraciət etmək lazımdır. /Oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər