Yeniyetmə diz əməliyyatından sonra ana dilini unudub: həkimlər bu fenomeni necə izah edir?
Sağlamlıq
899
09:54, Bu gün

Yeniyetmə diz əməliyyatından sonra ana dilini unudub: həkimlər bu fenomeni necə izah edir?

"Hollandiyada gənc pasiyent anesteziyadan sonra ana dilini unudaraq yalnız ingiliscə danışmağa başlayıb..."
 
17 yaşlı yeniyetmə dizində aparılan cərrahi əməliyyatdan sonra huşu yerinə gələndə qeyri-adi bir vəziyyət yaşayıb: o, hollandca deyil, ingilis dilində danışmağa başlayıb, valideynlərini tanımayıb və özünü ABŞ-da olduğunu düşünüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Live Science" nəşri məlumat yayıb.
 
İlk olaraq pasiyenti müşahidə edən tibb bacısı onun anesteziyadan sonra baş verən qısamüddətli qarışıqlıq halı yaşadığını güman edib. Lakin bir neçə saat keçməsinə baxmayaraq, o, holland dilində bir kəlmə belə deyə bilməyib, bu səbəbdən həkimlər nevroloqlara müraciət edib.
 
Müayinə nəticəsində yeniyetmədə "xarici dil sindromu" (Foreign Language Syndrome-  FLS) diaqnozu qoyulub. Bu çox nadir rast gəlinən bir nevroloji vəziyyətdir, burada şəxs gözlənilmədən ana dili yerinə öyrəndiyi ikinci dildə danışmağa başlayır. Həkimlər onun beynində heç bir nevroloji pozuntu aşkar etməyib.
 
Əməliyyatdan 18 saat sonra pasiyent holland dilini anlamağa başlasa da, hələ də bu dildə danışa bilməyib. Ertəsi gün dostları onu ziyarət edəndə gözlənilmədən hollandca danışmağa başlayıb.
 
Bu keçid tamamilə spontan olduğu üçün həkimlər neyropsixoloji testlər, elektroensefaloqrafiya (EEQ) və ya digər beyin müayinələri aparmağa ehtiyac görməyib. Pasiyent əməliyyatdan üç gün sonra xəstəxanadan evə buraxılıb.
 
Xarici dil sindromu (FLS) nədir?
 
Bu sindrom tibbi ədəbiyyatda yalnız doqquz dəfə qeydə alınıb və çox nadir rast gəlinən bir fenomendir. Əsasən ikidilli olmayan şəxslərdə, yəni uşaqlıqdan ikinci dili bilməyən insanlarda ortaya çıxır.
 
Əvvəllər FLS sindromu anesteziyadan sonra baş verən hallarda da qeydə alınıb. Alimlər hesab edir ki, anesteziyanın beyin funksiyalarına təsiri və mərkəzi sinir sistemindən tədricən çıxarılması, huşun qarışması və ya deliriya səbəb ola bilər.
 
Mütəxəssislər hələ də FLS-nin ayrıca bir nevroloji vəziyyət olduğunu, yoxsa sadəcə anesteziyadan sonra yaranan müvəqqəti psixoloji pozuntu (deliriya) olduğunu dəqiq müəyyənləşdirə bilməyib.
 
Bu sindrom uşaqlarda və yeniyetmələrdə demək olar ki, rast gəlinmir. Bu hadisəni araşdıran mütəxəssislər ehtimal edir ki, bu, rəsmi şəkildə sənədləşdirilmiş ilk yeniyetmə FLS hadisəsi ola bilər.
Link kopyalandı!
Son xəbərlər