Həkim hava dəyişkənliyi ilə bağlı əhaliyə  XƏBƏRDARLIQ ETDİ
Sağlamlıq
1090
11:54, Bu gün

Həkim hava dəyişkənliyi ilə bağlı əhaliyə  XƏBƏRDARLIQ ETDİ

“İnsan təbiətlə sıx əlaqədədir və  təbiətdə baş verən bütün iqlim dəyişiklikləri insan orqanizminə də öz təsirini göstərmiş olur. Hava şəraitinin qəflətən dəyişməsi, bədənimizin uyğunlaşma qabiliyyətinə təsir edərək, müxtəlif fizioloji dəyişikliklərə səbəb olur”.
Bunu Moderator.az-a açıqlamasında həkim- terapevt Sübhan Hacıyev deyib.
Terapevtin sözlərinə görə,  gənc və sağlam insanlar, əksər hallarda, bu cür hava  dəyişkənliyinə asanlıqla uyğunlaşa bilirlər və bu proses patoloji nəticələrə gətirib çıxarmır:
“Lakin, ürək damar xəstəlikləri kimi mövcud sağlamlıq problemləri olan insanlar bu dəyişikliklərə daha həssasdırlar. Hava dəyişkənlikləri, onlarda damar divarlarında genişlənmələrə və ya daralmalarına səbəb ola bilər ki, bu da onların ümumi sağlamlığını mənfi təsir edə bilər. Hətta belə xəstəliklərdən əziyyət çəkən insanlar, yüksək təzyiq və ya xroniki iskemik ürək xəstəliyi kimi vəziyyətlərdə, hava şəraitinin dəyişməsi ilə bağlı əlavə problemlərlə qarşılaşa bilərlər. Bu səbəbdən, ürək damar xəstəlikləri olan və digər metabolik və endokrin pozuntulardan əziyyət çəkən insanlar mütəmadi olaraq birincili xəstəliklərini kontrol altında saxlamalı və həkimlərin tövsiyələrinə əməl etməlidirlər. Xüsusilə, şəkərli diabet və digər maddələr mübadiləsi pozuntuları ilə əlaqəli problemlər yaşayan şəxslərin, tibb mütəxəssisləri ilə sıx əlaqə saxlaması və xəstəliklərinin düzgün idarə olunmasına diqqət yetirməsi vacibdir. Öncədən tədbir görmək, sağlamlıq problemlərinin qarşısını almağa və iqlim dəyişkənliyinin təsirlərindən qorunmağa kömək edər. Çünki bu cür hava dəyişkənliyi onların da səhhətində ciddi problemlər yarada bilər”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər