Bizi sosial şəbəkələrdən izləyin:
Soyuq hava, xüsusən də qəfil və həddindən artıq düşdükdə, qan damarlarını daraldaraq qan təzyiqini yüksəldir və ürəyə əlavə yük verir.
Kardiologiya mütəxəssisləri bildirir ki, ani temperatur dəyişiklikləri, xüsusilə də soyuqlar, ürək problemi olan insanlarda infarkt riskini artıra bilər.
Araşdırmalara görə, həddindən artıq isti və ya soyuq hava şəraiti 65 yaşdan yuxarı insanlarda daha böyük təhlükə yaradır. İsti havalar da ürək stressini artıraraq susuzluğa və qan damarlarının genişlənməsinə səbəb ola bilər ki, bu da infarkt riskini yüksəldir.
Bu təsirlər fərqli amillərdən, o cümlədən yaş, ümumi sağlamlıq vəziyyəti və həyat tərzindən asılı olaraq dəyişir. Ürək xəstəliyi riski olan insanların temperatur dəyişikliklərinə qarşı daha diqqətli olmaları tövsiyə edilir.