Yaz depressiyası: halsızlıq, yuxubasma... – Necə xilas olaq?
Sağlamlıq
526
09:54, Bu gün

Yaz depressiyası: halsızlıq, yuxubasma... – Necə xilas olaq?

İstənilən fəsil dəyişməsi sağlamlığımızda müəyyən təlatümlərə səbəb olur.
 
Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla fəsil dəyişikliyinin orqanizmdə yaratdığı təsirlərdən danışarkən deyib.
 
Professor bildirib ki, həmişə yaz fəslinin ilk çağında insanlarda avitaminoz, D vitamini çatışmazlığı yaranır:
 
“Daha sonra fəsil dəyişməsi səbəbi ilə el arasında dediyimiz “qan durulması” baş verir. İnsanlarda yorğunluq, halsızlıq, yuxubasma, iştahsızlıq, depressiyaya meyillilik, eləcə də nevroloji durumun artması halları müşahidə edilir. Ancaq bunlar təbii hallardır. Onu da deyim ki, insanın ətraf mühitə adaptasiya imkanları yüksəkdir. Hətta insanların özünü qorumaq məqsədilə əlavə vasitələri də var. Məsələn, adaptiv immunitet və xidmətlərdən istifadə imkanları və s.”
 
Adil Qeybulla fəsil dəyişməsindən təsirlənməmək üçün tövsiyələrini bildirib:
 
“Nəzərə almalıyıq ki, hazırda qəbul etdiyimiz meyvə-tərəvəzlərin keyfiyyət göstəriciləri ilə illər öncəki göstəricilər eyni deyil. Ona görə də bu göstəricilər insanların immun sisteminin tam yaxşı formada olmasına imkan vermir. Belə məqamda isə açıq havada gəzmək, fiziki aktivliyi artırmaq, sağlam qidalanmaya meyillənmək məqsədəuyğundur”.(axar.az)
Link kopyalandı!
Son xəbərlər