Bizi sosial şəbəkələrdən izləyin:
“Oruc tutmaq miqrenli insanlar və hamilə qadınlar üçün təhlükəlidir”.
Bunu diyetoloq Nuriya Dianova deyib.
Mütəxəssisin fikrincə, belə pəhriz miqrenli insanların və hamilə qadınların sağlamlığına zərər verə bilər. Bundan əlavə, ekspert menopauza və ya süd verən qadınlara oruc tutmaqdan çəkinməyi tövsiyə edib. Həmçinin, bu cür pəhriz məhdudiyyətləri yemək pozğunluğundan əziyyət çəkən insanlar üçün uyğun deyil.
Dianova qeyd edib ki, miqren və uşaq planlaşdırmaq oruc tutmaqdan imtina üçün ciddi əlamətlərdir, çünki bu hallarda pəhriz məhdudiyyətləri orqanizmi xeyli zəiflədə bilər.