Bakıda 110 yaşlı kişi əməliyyat olundu - VİDEO
Sağlamlıq
399
14:39, Bu gün

Bakıda 110 yaşlı kişi əməliyyat olundu - VİDEO

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 110 yaşlı Hilal İbrahimovda artroplastika əməliyatı (omba-çanaq protezi) uğurla icra edilib.
 
Bununla bağlı ATU məlumat yayıb.
 
Klinikanın Travmatologiya və ortopediya kafedrasının müdiri, dosent Cəfər Nəsirlinin verdiyi məlumata görə, xəstə yıxıldıqdan sonra onda sol bud sümüyünün boyun sınığı yaranıb və müayinə nəticəsində xəstədə artroplastika əməliyatının aparılması üçün qərar verilib.
 
“Omba protezi əməliyyatı - bud oynağının zədələnmiş və ya köhnəlmiş hissələrinin süni implantla (metal, keramika və ya sərt plastikdən hazırlanmış komponentlərlə ) dəyişdirilməsi prosesidir. Bu prosedur ümumi anesteziya altında həyata keçirilir. Xəstələr adətən əməliyyatdan sonrakı ilk gün ayaq üstə dura bilir, yeriməyə başlayırlar. Bizə müraciət edən zaman yerindən qalxa bilməyən, güclü ağrıları olan xəstəmiz əməliyyatdan sonra artıq yeriməyə başlayıb. 110 yaşlı pasiyent Hilal İbrahimov əməliyyatdan sonra özünü yaxşı hiss edib və bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılıb”, - deyə C.Nəsirli qeyd edib.
 
Qeyd edək ki, 110 yaşlı Hilal İbrahimov ölkənin ən yaşlı kişisidir.
 

 

Link kopyalandı!
Son xəbərlər