Bizi sosial şəbəkələrdən izləyin:
2024-cü il ərzində lisenziyasız əczaçılıqla məşğul olmağa görə 7 aptek təşkilatına İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib.
Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Mərkəz tərəfindən tərtib edilən protokollar məhkəmə orqanlarına göndərilib.
Xatırladaq ki, əczaçılıq sahəsində fəaliyyət “Dərman vasitələri haqqında” Qanunla tənzimlənir. Dərman satışı xüsusi lisenziya tələb olunan sahələrdən hesab olunur. Lisenziya üçün Səhiyyə Nazirliyinə müraciət etmək lazımdır. Lisenziya almaq üçün müraciət etdikdə müvafiq sənədlərlə yanaşı, dərman vasitələrinin topdansatışı üçün 20 min, pərakəndə satışı üçün min manat məbləğində dövlət rüsumu müəyyənləşib.