21:21
5°C
Bakı
Yenidoğulmuş uşaqların təxliyəsinin əlçatanlığını təmin etmək məqsədilə TƏBİB tərəfindən Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəz ambulansla (reanimobillə) təmin edilib.
Moderator.az xəbər verir ki, müasir avadanlıqlarla və transport küvəzlə təchiz edilən ambulans ağır vəziyyətdə doğulmuş körpələrin regionlardan Sumqayıt Perinatal Mərkəzinə təxliyəsini asanlaşdıracaq.
Ambulansda körpələrin təhlükəsiz daşınması üçün temperatur, oksigen səviyyəsi və həyati əlamətləri nəzarətdə saxlayan xüsusi küvəz mövcuddur.