Sumqayıt Perinatal Mərkəzi yenidoğulmuş uşaqların təxliyəsini asanlaşdıracaq ambulansla təmin olunub
Sağlamlıq
732
03 Mar 2025 | 14:45

Sumqayıt Perinatal Mərkəzi yenidoğulmuş uşaqların təxliyəsini asanlaşdıracaq ambulansla təmin olunub

Yenidoğulmuş uşaqların təxliyəsinin əlçatanlığını təmin etmək məqsədilə TƏBİB tərəfindən Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəz ambulansla (reanimobillə) təmin edilib.

Moderator.az xəbər verir ki, müasir avadanlıqlarla və transport küvəzlə təchiz edilən ambulans ağır vəziyyətdə doğulmuş körpələrin regionlardan Sumqayıt Perinatal Mərkəzinə təxliyəsini asanlaşdıracaq.

Ambulansda körpələrin təhlükəsiz daşınması üçün temperatur, oksigen səviyyəsi və həyati əlamətləri nəzarətdə saxlayan xüsusi küvəz mövcuddur.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər