Ramazan ayında qidalanma formamızda böyük dəyişikliklər olur. Yemək yeyilən saatların dəyişməsi ilə bərabər yediklərimizin çeşidi də fərqlənir.
Ramazan süfrələrində bir neçə yemək növünü birlikdə təqdim etmək, qonaqlıqlar vermək xoşlanılır.
Ramazan ayında iftar və sahur olmaqla iki əsas yemək mövcuddur. İftarda orucu zeytun, pendir kimi müxtəlif qidalarla açmaq, ardınca şorba, ətli yemək, plov, şirniyyat və ya meyvə ilə yeməyi bitirmək ənənəsi var. Sahurda isə xüsusi yeməklər hazırlanmaqla yanaşı, axşamdan qalan yeməklər və ya səhər yeməyinin bir az daha ağır forması hazırlanılır. Bu iki yemək arasında həm maye istehlakına diqqət etmək, həm də ara yeməyi olaraq meyvə, südli şirniyyat, dondurma kimi qidalar qəbul etmək mümkündür.
Balanslı qidalanma ilə Ramazan ayını sağlam keçirmək mümkündür. Yanlış qidalanma mədə və bağırsaq problemlərinə səbəb ola bilər.
İftar
İftarda yüngül məhsullarla başlamaq vacibdir. Uzun müddət ac qaldıqdan sonra bir az pendir, zeytun, bal və ya mürəbbə, 1-2 dilim çörək yeyilə bilər. Yeməklər mümkün olduğu qədər yavaş yeyilməlidir. Acılıq hissi yeməyə başladıqdan 20 dəqiqə sonra azalmağa başlayır, buna görə də sürətlə yeyildikdə, bu zaman keçənə qədər yediyimiz yemək miqdarı da çox olacaq. Bu şişkinlik, həzmsizlik və ən əsası da kökəlməyə səbəb ola bilər. Yemək olaraq şorba, ətli tərəvəz yeməyi, paxlalılar, ət - toyuq - balıq yeməkləri, plov – makaron, salatlar seçilə bilər. Bu yeməklər hazırlanarkən qızartma olmamalıdır, duru yağ istifadə edilməməli, porsiyon ölçüləri böyük olmamalıdır. Yeməkləri yaxşı çeynəmək, yavaş yemək vacibdir. Həftədə 1-2 dəfə paxlalı yeməyi yeyilməlidir. Salat, meyvə vitamin və mineral ehtiva etməklə yanaşı, qidalanmamıza lif baxımından da dəstək olur. Bu da bağırsaqların düzgün işləməsinə kömək edir. Şərbətli şirniyyatlar yerinə südlü şirniyyatlar seçilməlidir. Çöldə yeyilən yeməklərdə həmişə olduğu kimi təmizliyə diqqət etmək lazımdır. Xüsusilə, şirniyyat alınarkən təzə olduğundan əmin olmaq lazımdır.
Ara yeməklər
İftardan sonra iki ara yemək edilməlidir. İftardan 1 və 3 saat sonra meyvə və ya iftarda yeyilməyibsə, südlü şirniyyat yemək uyğundur.
Sahur
Sahur da heç bir halda gözardı edilməməlidir. Sahurda doymaq məqsədilə ağır, yağlı yeməklər seçmək müxtəlif narahatlıqlara səbəb ola bilər. Qızartma, makaron, plov kimi yeməklər sahurdan sonra mədə problemlərinə səbəb ola bilər. Bu səbəbdən şorba və pendir, yumurta, zeytun, az miqdarda mürəbbə və ya bal, süd qəbul etmək daha uyğun ola bilər.
Maye
Ramazan ayında gündə 2-2,5 litr qədər su içilməsi lazımdır. Yeməklərin yanında az şəkərli kompot da içilə bilər. Arada çay və ya qəhvə içmək mümkündür. Evdə hazırlanmış limonad da gözəl bir içki ola bilər. Lakin daha vacib olan su istehlakına diqqət etməkdir. Qazlı içkilər isə çox yüksək miqdarda şəkər ehtiva etdikləri üçün nadir hallarda içilməlidir. Həmçinin asidli içkilərin iftarda içilməsi mədə qazı kimi şikayətlərin yaranmasına səbəb ola bilər. Hədsiz duzlu qidalardan da uzaq durulmalıdır. Xüsusilə cips, duzlu çərəzlər çoxlu duz istehlak etməyimizə səbəb olur. Bu da susuzluğu artırır.
Ramazan bayramında da düzgün qidalanmaya diqqət etmək lazımdır. Yenə hədsiz yağlı, qızartma yeməklərdən uzaq durulmalıdır. Şərbətli şirniyyatlar yerinə südlü və ya meyvəli şirniyyatlar seçilməlidir.