İmtahan günü sağlam qidalanma: Abituriyentlər nə yeməlidirlər?
Sağlamlıq
328
25 Feb 2025 | 21:43

İmtahan günü sağlam qidalanma: Abituriyentlər nə yeməlidirlər?

Cəmiyyət arasında geniş yayılmış fikrə görə, imtahandan əvvəl şokolad yemək stressin azalmasına kömək edir.
 
Maraqlıdır, imtahandan öncə və sonra şagirdlər stessi azaltmaq üçün hansı qidaları qəbul etməlidirlər?
 
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, "Şokolad yeyim, stressim azalsın və imtahanda yaxşı nəticə əldə edim”, - düşüncəsi yanlışdır.
 
O qeyd edib ki, abituriyentlərin düzgün və balanslı qidalanması yalnız şokoladla məhdudlaşmamalıdır:
"Əsas məsələ abituriyentlərin ruh yüksəkliyini qorumaqdır. Bunu təmin edən əsas amillərdən biri də mövsümi meyvə və tərəvəzlərdən hazırlanmış püre və təbii meyvə şirələridir. Həmçinin, boş karbohidratlar, rəngli qazlı içkilər, "fast-food" və digər sağlamlığa zərərli qidalardan uzaq durmaq vacibdir".
 
Mütəxəssis əlavə edib ki, abituriyentlər mütəmadi olaraq balıq və qırmızı ət qəbul etməlidirlər:
 
"Lifli qidalara üstünlük verilməsi də önəmlidir, çünki bağırsaqlar orqanizmdə “ikinci beyin” kimi fəaliyyət göstərir. Bağırsaqlarda ifraz olunan hormon insanların xoşbəxtlik hissi yaşamasına kömək edir. Buna görə də bağırsaqlar üçün faydalı olan qidalara diqqət yetirilməlidir.
 
Bundan başqa, zeytun yağı ilə hazırlanmış salatların qidalanma rasionunda olması vacibdir. Zeytun yağı omeqa-3 ilə zəngindir, bu da beyin fəaliyyətini artırır, zehni gücləndirir və ümumi sağlamlığa müsbət təsir göstərir.
 
Abituriyentlər sağlam qidalanma vərdişlərinə yiyələnməklə yalnız həyat tərzlərini yaxşılaşdırmaqla qalmaz, eyni zamanda imtahanlarda daha yaxşı nəticələr əldə edə bilərlər".
Link kopyalandı!
Son xəbərlər