Bizi sosial şəbəkələrdən izləyin:
Qıcıqlanmış bağırsaq sindromu (QBS) olan kişilərdə erektil disfunksiya riski sağlam həzm sistemi olan kişilərə nisbətən iki dəfə daha yüksəkdir.
Bu barədə Perudakı Sesar Valyexo Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra bəyan ediblər. Araşdırmanın nəticələri "Sexual Medicine" elmi jurnalında dərc edilib.
Bildirilir ki, QBS - bağırsaq və beyin arasındakı qarşılıqlı əlaqənin pozulması ilə xarakterizə olunur ki, bu da görünən səbəb olmadan spazm, qarın şişkinliyi, meteorizm, ishal və ya qəbizlik kimi simptomlara səbəb olur. Alimlər hesab edirlər ki, QBS-in formalaşmasında genetik amil rol oynaya bilər.
Tədqiqatda 133 kişi tibb tələbəsi iştirak edib. Onlar öz sağlamlıq vəziyyətləri və QBS ilə üzləşib-üzləşmədikləri barədə məlumat veriblər. Tədqiqatın nəticələri göstərib ki, kişilərin təxminən 1/3-i erektil disfunksiyadan, təxminən 10 faizi isə qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkir. Eyni zamanda, QBS olan könüllülərdə erektil disfunksiya riski sağlam həzm sistemi olan kişilərə nisbətən 108% daha yüksək olub.
Alimlərin fikrincə, həzm sistemindəki yorucu problemlər stres səviyyəsinin artmasına səbəb ola bilər ki, bu da məlum olduğu kimi cinsi funksiyaya mənfi təsir göstərir. Bundan əlavə, bağırsaq bakteriyalarının düzgün işləməməsi sağlam cinsi həyat üçün lazım olan hormonların istehsalına mane ola bilər.
Həmçinin QBS bədənin aşağı hissəsində iltihaba səbəb ola bilər.