112 yaşına qədər yaşayan kişi uzunömürlülüyün sadə sirrlərini açıqlayıb
Sağlamlıq
1813
00:57, Bu gün

112 yaşına qədər yaşayan kişi uzunömürlülüyün sadə sirrlərini açıqlayıb

"Xoşbəxtlik və güclü sosial əlaqələr insanın uzun və sağlam yaşamasına kömək edir..."
 
Ölümündən qısa müddət öncə məşhur uzunömürlü insan həyatını uzatmağın əsas sirrlərini bölüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Farmingdale" nəşri yazıb. Məlumatı "cursorinfo.co" nəşri yayıb.
 
Con Tinisvudun adı bir neçə il əvvəl dünya səviyyəsində tanınmağa başlayıb. O, 112 il yaşayaraq uzunömürlülük rekordu müəyyənləşdirib. İki müharibədə iştirak etməsinə, həyat yoldaşını itirməsinə və Britaniyada, eləcə də bütün dünyada mühüm tarixi hadisələrin şahidi olmasına baxmayaraq, o, uzun illər sağlam həyat sürə bilib. Ölümündən öncə isə bu uzunömürlülüyün sirrlərini açıq şəkildə izah edib.
 
Con Tinisvud kim olub?
 
Con Tinisvud 1912-ci il avqustun 26-da Liverpulda anadan olub və 112 il yaşayıb. 2024-cü ilin iyununda o, dünyanın ən yaşlı kişisi kimi tanınıb, lakin noyabr ayında dünyasını dəyişib. Peşəkar həyatına adi bir mühasib kimi başlayan Tinisvud İkinci Dünya müharibəsi zamanı Britaniya Ordusunun Maliyyə Xidmətində çalışıb. 1942-ci ildə evlənib, bir il sonra isə Süzan adlı qızı dünyaya gəlib.
 
Müharibədən sonra "Royal Dutch Shell" şirkətində mühasib kimi fəaliyyətini davam etdirib və 1972-ci ildə təqaüdə çıxıb. O, ömrü boyu Liverpul futbol klubunun sadiq azarkeşi olub. Həyat yoldaşı ilə 44 il birlikdə yaşayıb, lakin 1988-ci ildə onu itirib. 107 yaşına qədər müstəqil şəkildə öz mənzilində yaşasa da, görmə problemlərinə görə Sautport şəhərində qocalar evinə köçməli olub.
 
2020-ci ildə Britaniyanın ən yaşlı kişisi elan edilən Tinisvud 2024-cü ildə isə dünyanın ən yaşlı kişisi kimi tarixə düşüb. O, 112 yaşına çatan 67-ci insan olub.
 
Uzunömürlülüyün prinsipləri
 
Con Tinisvudun sözlərinə görə, əsas sirr fəal qalmaq və həyata bağlı olmaqdır. O, hər şeydə balansı qorumağın vacibliyini vurğulayıb: nə qidada, nə fiziki fəaliyyətlərdə, nə də həyat tərzində ifrata varmaq olmaz. O, pozitiv düşüncəyə və ailə bağlarına xüsusi önəm verib.
 
Onun fəlsəfəsi sadə olub: hər işdə maksimum səy göstərmək. Yeni biliklər əldə etmək və onları başqalarına ötürmək onun əsas prinsiplərindən biri olub. O, uzunömürlülüyün müəyyən qədər genetika ilə bağlı olduğunu qəbul etsə də, fəal həyat tərzinin və təbii axarla barışmağın sağlamlığı qoruduğuna inanırıb.
 
Qidalanma məsələsində isə heç bir xüsusi pəhriz saxlamayıb. Sadə və ona təqdim edilən yeməklərlə kifayətlənib. Hətta hər cümə onun ən sevimli yeməyi balıq və kartof olub. Heç vaxt siqaret çəkməyib, lakin nadir hallarda az miqdarda spirtli içki içib. Ən vacib amillərdən biri isə sosial münasibətlər olub, ailəsi, dostları və ətrafındakı insanlarla daimi ünsiyyət saxlayıb.
 
Alimlərin fikri
 
Harvard Universitetinin alimləri 85 il ərzində uzunömürlülüyü araşdıraraq belə nəticəyə gəlib ki, xoşbəxtlik və güclü sosial əlaqələr insanın daha uzun və sağlam yaşamasına kömək edir. Əksinə, siqaret çəkmək, spirtli içkiləri həddən artıq qəbul etmək və fiziki fəallığın az olması 75 yaşdan sonra sağlamlıq risklərini 50 faiz artırır. Bu araşdırma Con Tinisvudun baxışlarını tam təsdiqləyir: uzun ömür üçün həm fiziki, həm də psixoloji sağlamlıq vacibdir.
Link kopyalandı!
Son xəbərlər