Bizi sosial şəbəkələrdən izləyin:
Qızdırma zamanı bəzi qidalar bədəni daha da zəiflədir və həzmini çətinləşdirir. Bu dövrdə bədənin enerji ehtiyacı çox olsa da, ağır və yağlı qidalardan uzaq durmaq lazımdır. Yüksək yağlı, qızarmış və ədviyyatlı qidalar orqanizmə əlavə yük gətirərək, bərpa prosesini ləngidə bilər.
Həkim Natalia Mixaylovna bildirir ki, qızdırma zamanı şəkərli və asidik qidalar da istehlak edilməməlidir. "Çünki bu qidalar bədəni daha da yorur və immuniteti zəiflədir. Şirniyyatlar və fast food növləri bu dövrdə tövsiyə edilmir. Bunun əvəzinə, yüngül, təbii və vitaminlərlə zəngin qidalar qəbul edilməlidir".
Həkim deyir ki, meyvə və tərəvəzlər, xüsusilə C vitamini tərkibli olanlar bədənə faydalıdır. "Ayrıca, qızdırma zamanı bol su içmək də çox vacibdir. Bu dövrü daha asan keçirmək üçün, mülayim və tez həzm olunan qidalar seçilməlidir. Yüngül şorbalar və bulyonlar da yaxşı seçimdir. Həmçinin, qızdırma zamanı həddindən artıq tuzlu və tünd içkilərdən də qaçınmaq məsləhətdir" - deyə həkim qeyd edib. /Foodinfo.az/