Rusiyada xərçəng xəstələrinin ömrünü uzatmağın yolu tapılıb - inqilabi üsul
Sağlamlıq
244
15:20, Bu gün

Rusiyada xərçəng xəstələrinin ömrünü uzatmağın yolu tapılıb - inqilabi üsul

Moskva alimləri xərçəng xəstələri üçün fərdi terapiya üsulu hazırlayıb.
 
Moderator.az “Medicina”ya istinadla xəbər verir ki, Rusiyada alimlər xərçəng müalicəsində effektivliyi artırmaq üçün yeni molekulyar test hazırlayıblar.
 
Bu test fərdi xəstəlik profillərinə uyğun dərman seçərək şişin inkişafını yavaşlatmağa və xəstələrin ömrünü uzatmağa imkan verir.
 
Rusiyalı tədqiqatçılar RNT ardıcıllığından istifadə edərək şiş geninin fərdiləşdirilmiş molekulyar analizini aparan yeni test sistemi işləyib hazırlayıblar. Bu sistem şişin molekulyar proseslərini modelləşdirərək, xəstəyə ən uyğun hədəflənmiş dərmanları təyin etməyə imkan yaradır.
 
Standart metodlardan fərqli olaraq, yeni test genetik mutasiyaların mövcudluğundan asılı olmayaraq işləyir və bütün mövcud dərmanların effektivliyini qiymətləndirir. Müqayisə üçün, adi testlər cəmi 30 dərmanla işlədiyi halda, Oncobox platforması 170-dən çox dərmanı təhlil edir və onların xəstə üçün effektivlik səviyyəsini müəyyən edir.
 
Tədqiqat çərçivəsində kolorektal xərçəng, döş xərçəngi və ağciyər xərçəngi diaqnozu qoyulmuş 239 xəstə üzərində sınaqlar aparılıb. Nəticələrə görə, Oncobox platforması ilə müalicə olunan xəstələr nəzarət qrupundakılardan 1,7 dəfə çox müsbət reaksiya veriblər. Yəni, bu xəstələrdə ya şişin ölçüsü kiçilib, ya da onun inkişafı dayanıb. Üstəlik, bu üsulla müalicə alan xəstələr xəstəliyin irəliləməsi olmadan nəzarət qrupundakı xəstələrdən demək olar ki, iki dəfə daha uzun müddət yaşayıblar.
 
Bu mühüm tədqiqat N. N. Bloxin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzi, P. A. Herzen adına Moskva Onkologiya Elmi-Tədqiqat İnstitutu, 1 saylı Onkologiya Mərkəzi (S. S. Yudin Şəhər Klinik Xəstəxanası) və Seçenov Universitetinin alimləri tərəfindən həyata keçirilib.
 
Alimlər hesab edirlər ki, bu yeni texnologiya yaxın illərdə kliniki praktikada geniş istifadə olunaraq xərçəng xəstələrinin sağqalma şansını əhəmiyyətli dərəcədə artıracaq.
Link kopyalandı!
Son xəbərlər