Bizi sosial şəbəkələrdən izləyin:
Qışda bədən qapalı və açıq havada temperaturun qəfil dəyişməsi ilə qarşılaşır ki, bu da xüsusilə ürək və qan damarlarının fəaliyyətinə təsir göstərir.
Kardioloq İosif Şubitidzenin dediyi kimi, isti havada qan damarları genişlənir və ürək döyüntüləri sürətlənir, soyuqda isə əks proses baş verir - damarlar daralır və nəbz yavaşlayır.
Kardioloq bildirib ki, əgər insan sağlamdırsa, bu cür dəyişikliklər təhlükə yaratmır, lakin ürək-damar xəstəlikləri halında vəziyyətin pisləşməsinə, o cümlədən təzyiqin artmasına və ürək çatışmazlığına səbəb ola bilər.
“Risk qrupuna hipertoniyadan əziyyət çəkənlər, xroniki ürək-damar patologiyası olan xəstələr, yaşlılar, həmçinin oturaq həyat tərzi sürənlər, kilolu insanlar, siqaret çəkən və tez-tez stress keçirənlər daxildir. Ona görə də immunitet sisteminə diqqət yetirmək lazımdır. Qışda vitamin və minerallarla zəngin qidalar qəbul etmək vacibdir. Kifayət qədər fiziki fəaliyyətlə məşğul olmaq və yatmaq lazımdır”, - Şubitidze qeyd edib.
Həkim qışın qarsız keçməsini də insan orqanizmi üçün təhlükəli hesab edir. /Musavat.com/