Bizi sosial şəbəkələrdən izləyin:
Yoxlamaya gələnlərin üzünə telefon çırpan baş həkim kimdir?
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən Laser Beauty Estetik Klinikası MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib.
Yoxlama nəticəsində tibbi qeydiyyat sənədlərinin Səhiyyə Nazirliyinin təsdiq etdiyi forma və qaydalar üzrə aparılmadığı, müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edildiyi, dərman vasitələrinin saxlandığı soyuducularda termometr olmadığı, stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət edilmədiyi, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şərait yaradıldığı (lisenziyası olmadığı halda), müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı, çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyətlə məşğulolma və s. nöqsanlar aşkarlanıb. (Axar.az)