Terapevt meymunçiçəyi virusuna qarşı peyvəndlərdən DANIŞDI
Sağlamlıq
753
17:25, Bu gün

Terapevt meymunçiçəyi virusuna qarşı peyvəndlərdən DANIŞDI

"Meymunçiçəyi virusuna qarşı peyvəndlər, ümumiyyətlə, çiçək xəstəliyinə qarşı hazırlanan peyvəndlərdən alınır, çünki iki virus genetik cəhətdən çox oxşardır".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
 
Onun sözlərinə görə, Beynəlxalq səhiyyə təşkilatları tərəfindən aparılan araşdırmalar göstərir ki, çiçək xəstəliyinə qarşı hazırlanan vaksinlər həm də meymunçiçəyi xəstəliyinə qarşı effektiv qorunmanı təmin edir:
 
"Bu çiçək peyvəndləri eyni ailədən olan ortopoksvirusları hədəf aldığından, meymunçiçəyi virusuna qarşı immun reaksiyası da yarada bilər. Bu vaksinlər epidemiya riski olan ərazilərdə və ya virusa məruz qalma ehtimalı olan insanlarda qorunmanı təmin etmək üçün istifadə olunur. Peyvəndlər həm xəstəliyin yayılmasının qarşısını almaqda, həm də yoluxma halında xəstəliyin şiddətini azaltmaqda mühüm rol oynayır".
 
Mütəxəssis-ekspert bildirib ki, ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib:
 
"Meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə isə, vaksinlər istehsal olunur və yalnız bu vaksin endemik ölkələrə paylanılır. Qeyd etmək lazımdır ki, Azərbaycan endemik ölkələr siyahısına daxil deyil".
 
Terapevt, xəstəliyin Qərbi Afrika ştamı, ümumiyyətlə, daha yüngül simptomlarla özünü göstərdiyini deyib:
 
"İmmun sisteminin vəziyyətindən və xəstənin yaşından asılı olaraq bəzi hallarda ağırlaşmalar ola bilər. Xəstəliyin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, limfa düyünlərinin böyüməsi və dəri səpgiləri daxildir. Bundan əlavə, virus tənəffüs yollarını yoluxdurarsa, pnevmoniya tənəffüs problemlərinə səbəb ola bilər. Xəstəliyin erkən diaqnozu və müvafiq tibbi yardım bu riski xeyli azaldır".
 
Z.Quliyev qeyd edib ki, immun sistemi zəif olan xəstələrdə, yanaşı xəstəliyi olan yaşlı insanlarda antiviral terapiya və dəstəkləyici müalicənin sürətlə başlaması vacibdir.
Link kopyalandı!
Son xəbərlər