Bizi sosial şəbəkələrdən izləyin:
Nyu-Yorkda yaşayan 36 yaşlı Şade Martin pəhriz saxlamaqla bir ilkə imza atıb.
1 ay ərzində hər gün ancaq meyvə yeyən Martin pəhrizin müsbət və mənfi tərəflərindən danışıb.
Qadın 1 aydan sonra özündə olan dəyişikliyi görəndə gözlərinə inana bilməyib.
Martin çiyin ağrısı üçün dərman qəbul edir və fiziki müalicə alırmış. Tibbi müdaxilələrlə ağrısını aradan qaldıra bilməyən Martin çarəni meyvə pəhrizində tapıb. O, banan, manqo, ananas və çiyələk kimi antiinflamatuar meyvələrdən istifadə etməyə başlayıb. O, hər yeməkdə meyvə yeyərək pəhriz saxlayıb. 36 yaşlı qadın ilk həftə yalnız qarpız yediyini, daha sonra 6 gün üzüm yediyini bildirib. Martin deyib ki, 6 gündən sonra qarışıq və rəngli meyvələr yeməyə başlayıb.
Meyvələrin tərkibindəki təbii şəkər sayəsində əlavə enerjiyə sahib olduğunu deyən Martin menstruasiya ağrısı yaşamadığını və bu pəhriz sayəsində 4 kilo arıqladığını bildirib. Martin meyvə pəhrizinin əks təsirlərindən də danışıb və üzüm yeyəndə bəlğəm problemi olduğunu bildirib.
Mütəxəssislər bu ifrat pəhrizi tövsiyə etmirlər. Meyvələrin çoxunun aşağı kalorili olduğunu deyən həkimlər qeyd edib ki, bu azaldılmış kalori qəbulu yorğunluğa və aşağı enerjiyə səbəb olur.