Bizi sosial şəbəkələrdən izləyin:
“Modern” Media Qrup və Azərbaycan Tibb Universitetinin (ATU) ortaq sosial layihəsi çərçivəsində bir qrup jurnalist üçün ödənişsiz göz əməliyyatı təşkil olunub.
ATU-nun Tədris Cərrahiyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Qurban İsmayılov və “Modern” Media Qrupun rəhbəri Elşad Eyvazlının təşəbbüsü ilə start verilən layihə çərçivəsində media nümayəndələri eksimer lazer əməliyyatından keçiblər.
Əməliyyat nəticəsində jurnalist-pasientlərin görmə zəifliyi problemi aradan qaldırılıb. Zəiflik dərəcəsi -5 və -6 ilə müşahidə olunan gözlər cəmi bir neçə dəqiqəlik əməliyyat sonrasında öz sağlamlığına qovuşub.
Göz əməliyyatlarını tanınmış oftalmoloq həkim Qurban İsmayılov həyata keçirib.
Təşkilatçıların məlumatına görə, bu sosial layihəsi çərçivəsində media nümayəndələrinin göz əməliyyatı davamlı olacaq. Ona görə də göz əməliyyatına ehtiyac duyan KİV nümayəndələri “Modern” Media Qrupa müraciət edə bilərlər.