Bizi sosial şəbəkələrdən izləyin:
2024-cü il sentyabrın 21-də Gülbəniz Bayramovanın liposaksiya əməliyyatı etdirdikdən sonra ölməsinin bəzi detalları üzə çıxıb.
Moderator.az APA TV-yə istinadla xəbər verir ki, əməliyyat “VMR Medical Center” MMC-nin Gəncə filialında həyata keçirilib.
Əməliyyatı klinikanın Gəncə filialında fəaliyyət göstərən Gülsüm Əliyeva adlı qadının etməsi barədə məlumatlar yayılıb.
Klinika rəhbərliyi açıqlama verərək G.Bayramovaya klinikada gözəllik proseduru icra olunduğunu təsdiqləyib, lakin liposaksiya və ölüm faktını inkar edib.
G.Əliyevanın isə tibb təhsili olmadan müxtəlif kosmetoloji prosedurlar həyata keçirdiyi bildirilir. Bu deyilənləri sübut edəcək görüntülər də var.
Xəstənin yaxınları isə onun COVID-19-dan öldüyünü iddia edirlər.
Məsələ ilə bağlı Türkiyədə fəaliyyət göstərən Azərbaycan həkimləri onun təhsil aldığı iddia edilən universitetə sorğu göndərib.
Universitetin cavabında bildirilib ki, bu adda məzun yoxdur. Azərbaycanda aparılan yoxlamalarda onun adı tibbi işçilərin rəsmi reyestrində tapılmayıb.
Ətraflı süjetdə: