Qışda xəstələnmək istəməyənlər onu almağa qaçırlar
Sağlamlıq
1378
07 Jan 2025 | 11:30

Qışda xəstələnmək istəməyənlər onu almağa qaçırlar

Soyuq havaların gəlişi ilə qrip və soyuqdəymədən qorunmaq istəyənlər bitki həkimlərinə üz tuturlar.
 
Moderator.az E-saglam.az-a istinadən xəbər verir ki, qış çayının tərkibində cökə, zəncəfil, darçın, adaçayı, biyan kökü və hibiskus kimi bitkilər var. Bu qarışıq sağlamlığı dəstəkləmək üçün geniş istifadə olunur.
 
Bitki həkimləri qış çaylarının düzgün dozada istifadə edilməsinin vacibliyini vurğulayırlar. 1 xörək qaşığı qarışığı 2-3 stəkan suda qaynadıb, gün ərzində 2-3 stəkan içmək tövsiyə olunur. Həddindən artıq istifadə allergik reaksiyalara səbəb ola bilər.
 
Qış çaylarının saxlama müddəti 2-3 ildir. Alarkən bitkilərin rəngi, təravəti və keyfiyyətinə diqqət yetirilməli, məhsulun təzəliyi yoxlanılmalıdır. Bu qış sağlam qalmaq üçün mütəmadi olaraq 1 stəkan qış çayı və 1 stəkan cökə içilməsi tövsiyə olunur.
Link kopyalandı!
Son xəbərlər