Bizi sosial şəbəkələrdən izləyin:
Son məlumatlara görə, Çində geniş yayılan insan metapnevmovirusu (hMPV) Qazaxıstan və Qırğızıstana da keçib. Bu virus tənəffüs yollarını zədələyir və əsasən damcı yolu ilə ötürülür. Xüsusilə uşaqlar və immuniteti zəif olan şəxslər arasında sürətlə yayılır. Mövsümi xarakter daşıyan virus qripəbənzər simptomlarla özünü göstərir.
Bəs Azərbaycanda metapnevmovirusa yoluxma faktı qeydə alınıb?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, metapnevmovirusa ölkəmizdə yoluxma qeydə alınmayıb.