Bizi sosial şəbəkələrdən izləyin:
Bəşəriyyət bakteriyaların antibiotiklərə qarşı sürətlə artan davamlılığı səbəbindən fəlakətli nəticələrlə üzləşə bilər.
Moderator.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın keçmiş baş sanitariya həkimi Salli Devis xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, dünyada hər il təxminən bir milyon insan antimikrob preparatlara qarşı davamlılığın yayılması səbəbindən ölür. Lakin bu rəqəm növbəti onilliklərdə əhəmiyyətli dərəcədə arta bilər.
Alimlər proqnozlaşdırırlar ki, 2050-ci ilə qədər “superbakteriyalar”ın səbəb olduğu infeksiyalardan ölüm səviyyəsi iki dəfə artaraq təxminən 40 milyon insanın həyatını itirməsi ilə nəticələnəcək. Xüsusilə yaşlı insanlar, orqanizmi infeksiyalara qarşı daha az davamlı olanlar həssas qalacaqlar.
Dünyanın hər yerində alimlər davamlı bakteriyalarla mübarizənin yeni effektiv metodlarını tapmağa çalışaraq zamanla yarışırlar.